Dünyanın ən dəyərli 10 otel brendi - SİYAHI | Banco.az

Dünyanın ən dəyərli 10 otel brendi - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Otel sənayesi pandemiyadan əvvəlki səyahət səviyyəsi bərpa olunduqca tədricən normal vəziyyətə qayıdır. Dünya üzrə ən yaxşı 50 otel markasının yarısından çoxunun dəyəri isə pandemiyadan əvvəlki dəyərlərdən xeyli aşağı olaraq qalır.

Banco.az xəbər verir ki, "Brand Finance"ın araşdırmasına görə, "Hilton" 11,7 milyard dollarlıq dəyərlə otel brendlərinin siyahısında ilk yerdə qərarlaşıb.

Otelin dəyəri ötən illə müqayisədə 2% azalıb. Belə ki, ötən il "Hilton"un dəyəri 12,1 milyard dollara bərabər olub.

Qeyd edək ki, 2022-ci ildə otelin dəyərinin azalmasına baxmayaraq, "Hilton"un brend dəyəri pandemiyadan əvvəlki səviyyədən yüksək olaraq qalır.

Həmçinin oxu: Dünyanın ən güclü 10 otel brendi

Dünyanın ən dəyərli 10 otel brendi bunlardır:

1. Hilton (ABŞ): 11,7 milyard dollar

2. Hyatt (ABŞ): 6,1 milyard dollar

3. Hempton (ABŞ): 4,3 milyard dollar

Ən sərfəli kredit üçün müraciət et

4. Holiday Inn (ABŞ): 3,7 milyard dollar

5. Marriott (ABŞ): 3,1 milyard dollar

6. Shangri La (Çin): 2,1 milyard dollar

7. DoubleTree (ABŞ): 2,0 milyard dollar

8. Sheraton (ABŞ): 1,6 milyard dollar

9. Embassy Suites (ABŞ): 1,4 milyard dollar

10. InterContinental (Böyük Britaniya): 1,2 milyard dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram