Dünyanın ən bahalı şəhəri məlum olub | Banco.az

Dünyanın ən bahalı şəhəri məlum olub

İsrailin paytaxtı Təl-Əviv 2021-ci ildə yaşamaq üçün ən bahalı şəhər hesab olunub.

Bu barədə Böyük Britaniyanın "Economist Group" şirkətinin tərtib etdiyi reytinqdə deyilir.

Qeyd olunur ki, ötən il beşinci yerdə olan Təl-Əviv bu il ilk pilləyə yüksəlib. Ekspertlərin fikrincə, bu, İsrail şekelinin ABŞ dollarına nisbətən məzənnəsinin uzun müddət yüksək qalması ilə əlaqədardır. Bu il ərzində İsrail paytaxtında mal və xidmətlərin dəyəri ötən illə müqayisədə 3,5 faiz artıb.

Ötən il reytinqdə birinci olmuş Fransanın paytaxtı Paris ikinci pilləyə geriləyib, Sinqapur isə ilk üçlüyü tamamlayıb.

Bundan başqa, ən bahalı şəhərlər sırasında ilk onluqda Sürix, Honq Konq, Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles, Osaka yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram