Bəzən işlərimizə başımız o qədər qarışır ki, sağlamlığımızı ikinci plana atmağa məcbur oluruq.Elm adamlarının araşdırmalarına görə, sağlam qidalanan və mütəmadi idmanla məşğul olan adamlar, sağlam olmayan qidalar ilə qidalanan və idman etməyən adamlara görə daha yaxşı iş həyatına sahib olurlar.
Buna baxmayaraq, dünyanın ən varlı və ən müvəffəqiyyətli insanlarının qəribə qidalanma vərdişləri vardır.Bu güclü iş adamlarının yemək vərdişlərinə gəlin birlikdə baxaq.
STEVE JOBS
Apple-ın qurucusu və köhnə CEO-su Steve Jobs-un qəribə yemək vərdişlərinin olduğunu deyə bilərik. Vegeterian olan Jobs bəzən bir həftə boyunca bir növ qida ilə qidalanarkən, bəzən həftələrlə ac qala bilərdi. Yaponiyaya etdiyi səfərlərində suşi yeyərək vegeterian pəhrizinə ara verirdi.
ELON MUSK
Musk, gərgin keçən iş həyatına görə, səhər yeməyinə vaxt ayıra bilmədiyini, buna görə də, şokolad yediyini söyləyir. Bəli, Tesla və SpaceX-in CEO-su səhər yeməyində şokolad yeyir və gündə 8 qutu şəkərsiz kola içir.
MARK ZUCKERBERG
Facebook-un CEO-su, 2011 ilindən bəri öz bəslədiyi heyvanların ətini yeyir. Bunu etməsinin səbəbi, sahib olduğu məhsulların dəyərini bilən bir sahibkar olmaq istəməsidir. Mark Zuckerberg, qəribə qidalanma vərdişlərinə görə Fortune-500 klubuna qatılıb.
WARREN BUFFETT
Amerikalı milyarder Warren Buffett, 6 yaşlı uşaq kimi qidalandığını deyir.Bunun səbəbi, bu yaşda uşaqların ölüm riskinin çox aşağı olmasıdır. Buna görə də, Buffett səhər yeməyində şokolatlı dondurma, iş yerində isə gündə 5 qutu Coca-cola və cips yeyir.
RİCHARD BRANSON
İndiyə qədər oxuduğunuz digər iş adamlarına görə, Richard Branson, daha sağlam qidalanır. Virgin Group-un qurucusu, səhər yeməyində meyvə salatı yeyir və gün ərzində 20 fincandan çox ingilis çayı içir.Branson deyir ki, Karib adalarında belə olsam 20 fincan çay içməliyəm.
Nağıyeva Güllü