Dünyadakı dördüncü “Harri Potter” mağazası İstanbulda açılır | Banco.az

Dünyadakı dördüncü “Harri Potter” mağazası İstanbulda açılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyadakı dördüncü “Harri Potter” mağazası İstanbulda açılır.

Banco.az xəbər verir ki, müəllif J.K. Roulinqin yaradıcılığı sayəsində dünya miqyasında populyarlıq qazanan və fenomenə çevrilən “Harri Potter” seriyası kitabları və filmləri ilə yanaşı, mağazaları ilə də səs-küy yaratmağa davam edir.

Harri Potter həvəskarlarını fərqli və xüsusi bir təcrübə ilə bir araya gətirəcək dünyadakı məhdud sayda “Sehrbazlıq Dünyası” mağazalarından biri 16 dekabrdan etibarən Türkiyədə açılacaq.

Türk və qlobal tərəfdaşların məhsullarını bir araya gətirən mağaza “Harri Potter” həvəskarlarına alış-verişlə yanaşı, maraqlı  təcrübə də təqdim etməyə hazırlaşır.

“Mall of Istanbul”da 200 kvadratmetrlik böyük bir sahədə xidmət göstərəcək "Wizarding World Shop by Sihir Dükkanı" adlı mağaza “Harri Potter” və “Fantastik Canavarlar” seriyasından 1500-ə yaxın məhsuldan ibarət zəngin kolleksiya ilə qapılarını açacaq.

Milyon avroluq sərmayə ilə açılan mağaza həm də Türkiyə və yaxın coğrafiyada “Harri Potter” həvəskarları üçün flagman xarakteri daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Mağazanın interyer dizaynı “Harri Potter” kainatının təsirli ab-havasını əks etdirərkən, divarlarda filmlərdəki səhnələrdən sitatlar, pəncərələrdə simvolik personajların fiqurları və hər bir küncdə unikal detallar mövcud olacaq.

Hər gün səhər saat 10-dan axşam saat 10-a qədər fəaliyyət göstərəcək mağazada ziyarətçiləri "Əsa seçimi", "Çeşidləndirici şapka ilə Hoqvards binasını tapmaq", "Görünməzlik plaşını geyinmək" və "Platforma 9 ¾-də fotoşəkil çəkmək" kimi xüsusi sərgüzəştlər gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et