Verisign şirkəti özünün ənənəvi Domain Name İndustry Briefhesabatını təqdim etmişdir. 2017-ci ilin sonuna olan məlumata görə dünyada 332,4 milyon domen qeydiyyata alınmışdır. Bu 2016-cı il göstəricisini 0,9% aşır.
Belə bir artımı 2015-2016-cı illərlə müqayisədə(6,8%) ciddi qəbul etmək lazımdır. Artım tempinin aşağı düşməsinin başlıca səbəbi yuxarı səviyyə yeni ümumi domenin uğursuz göstəriciləri olmuşdur. Orada qeydiyyatdan keçmiş adların sayı il ərzində 5 milyona qədər azalmışdır. Buna uyğun olaraq yeni domenə bağlı ona məxsus bazar payı 7,8%-dən 6,2%-ə qədər azalmışdır.
Azalma Verisign tərəfindən idarə edilən ümumi yuxarı səviyyə domeni .Net-dədə müşahidə olunmuşdur. 2017-ci il ərzində orada qeydiyyatdan keçənlərin sayı 800 min azalmış və 14,5 milyon təşkil etmişdir.Nəzərə çarpacaq artımın başlıca səbəbi .COM və milli domenlər hesabına əldə edilmişdir. .Com domeni daha 5 milyon qeydiyyat artmış və ili 139,5 milyon domen adı göstəricisi ilə başa vurmuşdur. Milli domenlər il ərzində 3,4 milyon ad əlavə etmişlər ki, bu da 2,4% illik artımla nəticələnmişdir.
Azərbaycanda domen adlarının statistikası ilə bağlı vəziyyət nə yerdədir? 2017-ci ilin göstəriciləri və 2018-ci ilin yanvar ayında bu sektorda nələr baş verməsi haqda heç bir məlumat tapmaq mümkün deyildir. 2018-ci ilin yanvarın sonunda .az domen adlarının sayı nə qədər olmuşdur bu haqda hesabatı əldə edə bilməmişik.
digitalazerbaijan.az