Banco.az sizə dünya üzrə ən böyük qızıl ehtiyatlarına malik ölkələri təqdim edir.
- ABŞ dünya üzrə qızıl ehtiyatlarının həcminə görə şəksiz lilderdir. 2015-ci ilin əvvəlinə olan məlumatlara əsasən ABŞ xəzinəsində 8133,46 ton həcmində və ya ABŞ-ın valyuta ehtiyatlarının 72,6%-i həcmində qızıl saxlanılır.
- Almaniya – Avropa ölələri içərisində lider hesab olunur. 2015-ci ilin əvvəllərinə olan məlumata əsasən, ölkənin qızılda olan milli ehtiyatlarının həcmi 3384,2 tondur. Bu isə bütün valyuta ehtiyatlarının 67,8%ni təşkil edir.
- İtaliya - milli qızıl ehtiyatlarına görə Avropada ikinci yeri tutur - 2451,84 ton. Bu ölkənin bütün valyuta ehtiyatlarının 66,6%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, İtaliyanın ehtiyatları artıq 17 ildir ki, 1999-cu ildən bəri stabil qalır.