Dünyada 1000 nəfər yaşasaydı, onlar hansı ölkənin vətəndaşı olardılar? | Banco.az

Dünyada 1000 nəfər yaşasaydı, onlar hansı ölkənin vətəndaşı olardılar?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son 50 ildə dünya əhalisinin sayı iki dəfə artıb.

2022-ci ildə Yer kürəsində əhalinin sayı 8 milyarda çatıb. BMT-nin məlumatına görə, 2023-cü ilin iyul ayına qədər dünyadakı insanların sayı 8,045,311,447 nəfər təşkil edib.

Banco.az xəbər verir ki, “VisualCapitalist” BMT-nin informasiyalarına istinadən, dünyada əhalini sanki 1 000 nəfərin yaşadığı kimi təsvir edərək onların daha çox hansı ölkələrdən üstünlük təşkil edəcəyini araşdırıb.

Hesablamalara görə, 1 000 nəfərdən yalnız 1-i azərbaycanlı olacaqmış.

Mörtərizədə ölkələrin bu ilin iyul ayına olan əhalisinin sayı qeyd edilib. 

Hindistan (1.428.627.663) – 178 nəfər

Çin (1.425.671.352) – 177 nəfər

Amerika Birləşmiş Ştatları (339.996.563) – 42 nəfər

İndoneziya (277.534.122) – 35 nəfər

Pakistan (240.485.658) – 30 nəfər

Nigeriya (223.804.632) – 28 nəfər

Braziliya (216.422.446) – 27 nəfər

Banqladeş (172.954.319) – 22 nəfər

Rusiya (144.444.359) – 18 nəfər

Ən sərfəli kredit üçün müraciət et

Meksika (128.455.567) – 16 nəfər

Efiopiya (126.527.060) – 16 nəfər

Yaponiya (123.294.513) – 15 nəfər

Filippin (117.337.368) – 15 nəfər

Misir (112.716.598) – 14 nəfər

Konqo Respublikası (102.262.808) – 13 nəfər

Vyetnam (98.858.950) – 12 nəfər

İran (89.172.767) – 11 nəfər

Türkiyə (85.816.199) – 11 nəfər

Almaniya (83.294.633) – 10 nəfər

Digər ölkələr – 310 nəfər  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et