Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Banco.az

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verilib.

 

EUR

Avrozona iqtisadiyyatı, xüsusilə də inflyasiya ilə bağlı fundamental göstəricilərin müsbət açıqlanması, avronun bahalaşmasına səbəb olub. Dünya valyuta birjalarında hal-hazırda 1.12$-a ticarət edilən EUR/USD məzənnəsi, 1.11$-ın üzərində qaldıqca, 1.13$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-ın inflyasiyasına dair önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi proqnozlaşdırılır.

 

GBP

GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və funtun qiyməti 1.31$-ın üzərində qaldıqca, 1.32$-a kimi də bahalaşa bilər.

Cümə gün saat 12:30-da dərc ediləcək İngiltərənin iqtisadi inkişaf, sənaye istehsalı və xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

Ən sərfəli kredit üçün müraciət et

 

TRY

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 5.98TL-nin üzərində ticarət edilməkdədir və 6.08TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

OIL

Beynəlxalq enerji bazarlarında neft təklifinin artması, qiymətlərin də ucuzlaşmasına təsir etməkdədir. Beləliklə, 70$-ın altında ticarət edilən Avropanın Brent neftinin bir barel üzrə qiyməti, 68$-a kimi də dəyər itirə bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Dünya birjalarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına təsir etməkdədir. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti, 1285$-ı (41.3 $/qram) yuxarı istiqamətdə qırarsa, 1289$-a (41.5 $/qram) kimi də dəyər qazana bilər.

İnvestAz