Dünya İqtisadi Forumunun gündəm mövzuları bəlli olub | Banco.az

Dünya İqtisadi Forumunun gündəm mövzuları bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun gündəm mövzuları bəlli olub.

Banco.az xəbər verir ki, bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu "İnamın Bərpası" mövzusunda öz işinə başlayır.

Forumda ABŞ dövlət katibi Antoni Blinken, Fransa prezidenti Emmanuel Makron, Çinin baş naziri Li Qiang və Ukrayna prezidenti Vladimir Zelenski kimi dünya gündəminin aparıcı siyasətçiləri iştirak edəcək.

Davosda çıxış edənlər arasında ECB prezidenti Kristin Laqard, ECB üzvü Fransua Villeroy, BVF prezidenti Kristalina Georgieva, BVF-nin vitse-prezidenti Gita Qopinat və Almaniyanın maliyyə naziri Kristian Lindner kimi şəxslərin adı çəkilir.

Forumda geosiyasət, ümumi siyasət və onun iş dünyasına təsirləri müzakirə olunacaq. Texnologiya inqilabı və davamlılıq da liderlərin diqqət çəkəcəyi mövzular arasında olacaq. Populizmin yüksəlişi və texnoloji irəliləyişlər, cəmiyyəti dəyişdirən tibbdəki sürətli inkişaflar, robotik inkişaflar, süni intellekt və rəqəmsallaşma Davos Forumunda müzakirə olunacaq digər mövzulardır. Bu il dünyada keçiriləcək seçkilər, mümkün epidemiyalar və kiberhücumlar da forumda müzakirə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

“Bloomberg”in məlumatına görə, Zelenski Rusiya ilə müharibə zamanı azalan ehtiyatlarını artırmaq üçün Davosda “JPMorgan”ın baş direktoru Ceymi Dimon ilə görüşməyi planlaşdırır. “JPMorgan” müharibə zamanı yenidənqurma layihələri üçün maliyyə cəlb etmək istəyən Zelenskiyə məsləhət vermişdi. Qeyd edək ki, Ukraynanın cəbhələrdə irəliləyiş əldə edə bilməməsi tərəfdarlarının tənqidinə səbəb olsa da, 100 milyard dollarlıq yardım paketi Vaşinqton və Brüsseldə saxlanılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram