Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,77 dollar bahalaşaraq 97,35 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 1,46 dollar artaraq 103,53 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,29 dollar bahalaşaraq 103,27 dollar təşkil edib.
AzərTAc