Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana kredit ayırır | Banco.az

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana kredit ayırır

“Bu, Azərbaycana ayıracağımız ilk kreditdir”.

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.
 
Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki,
bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.
 
Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.