Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Türkiyə iqtisadiyyatı ilə bağlı artım gözləntilərini yayımlayıb.
Banco.az xəbər verir ki, Dünya Bankı “Qlobal İqtisadi Proqnozlar Hesabatı”nın 2024-cü il yanvar buraxılışını dərc edib.
Hesabatda qlobal iqtisadiyyatın 2024-cü ilin sonuna qədər "məyusedici" bir rekorda imza atacağı və son 30 ilin ən yavaş 5 illik Ümumi Daxili Məhsul (ÜDM) artımının görüləcəyi bildirilib.
Hesabatda bir çox inkişaf etməkdə olan iqtisadiyyatlar üçün orta müddətli perspektivin əksər əsas iqtisadiyyatlardakı artım, yavaşlayan qlobal ticarət və onilliklərdə müşahidə olunan ən sərt maliyyə şərtləri səbəbindən pisləşdiyi qeyd edilib.
Hesabatda bu il inkişaf etməkdə olan ölkələrin 3,9 faiz, aşağı gəlirli ölkələrin 5,5 faiz, inkişaf etmiş ölkələrin isə 1,2 faiz artacağı bildirilib. Həmçinin vurğulanıb ki, 2024-cü ilin sonuna qədər hər dörd inkişaf etməkdə olan ölkədən birində və aşağı gəlirli ölkələrin təxminən 40 faizində 2019-cu ildə pandemiyadan əvvəlki dövrlə müqayisədə daha çox yoxsulluq olacaq.
Hesabatda Türkiyənin 2023-cü ildə 4,2 faiz, 2024-cü ildə 3,1 faiz, 2025-ci ildə isə 3,9 faiz artım göstərəcəyi proqnozlaşdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!