Ölkə tərəfindən seçilmiş iqtisadi və siyasi institutlar və idarəetmə sistemi həmin ölkənin gələcəyini müəyyən edir.
Bu gün bütün dövlətlər güc savaşında qalib olmaq istəyirlər. Əgər ölkələrin gücü onların iqtisadi zənginliyindən asılıdırsa, bu zənginliyi əldə etmək üçün düzgün iqtisadi və siyasi idarəetmə yolunu seçmək lazımdır.
İki növ iqtisadi və siyasi institutlar mövcuddur:
- Ekstraktiv institutlar
- İnkluziv institutlar
Ekstraktiv siyasi institutların idarəetməsi mövcud olan ölkələrdə əsas siyasi qüvvələr iqtisadi sistemi özlərini zənginləşdirmək və varlanmaq məqsədi ilə yaradırlar və güclərini əhalinin xərcləri
hesabına artırırlar. Ekstraktiv siyasi institutların hakim olduğu ölkələrdə bütün güc az saylı elitaların əlində cəmlənir. Onlar iqtisadi resurslardan öz gəlirlərini artırmaq iüçün istifadə edirlər.
Ekstraktiv siyasi sistem də öznövbəsində ekstraktiv iqtisadi sistemin mövcudluğu ilə nəticələnir. Ekstraktiv iqtisadi sistemdə ölkə iqtisadiyyatı resursların mövcudluğundan asılı olur. İqtisadi və texnoloji inkişaf olduqca zəif olur, biznes və yaradıcı fəaliyyət üçün əhaliyə heç bir şərait və stimul yaradılmır. İnsan reaurslarına verilən dəyər olduqca aşağıdır. Bu sistemin mövcudluğu zamanı əhalinin bütün təbəqələri deyil, yalnız yuxarı təbəqələr zənginləşir.
Bu sistemə misal olaraq zəif inkişaf etmiş ölkələri, Şimali Koreyanı və Latın Amerikası ölkələrini və s. göstərə bilərik.
İnkluziv siyasi institutların mövcudluğunda idarəetmə yalnız kiçik təbəqənin əlində cəmləşmir və geniş şəkildə cəmiyyətdə bölünür, hansı ki, bütün cəmiyyətin mənafeləri qorunur.
Bu siyasi sistem inkluziv iqtisadi sistemin yaranmasına səbəb olur. İnkluziv iqtisadi sistemin hakim olduğu ölkələrdə dövlət insan hüquqları və bərabərliyinin qorunması, bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı, təhsil və texnologiyanın gücləndirilməsi, yeniliklərin yaradılması, insanlara iş həyatında müvəffəqiyyət qazanması üçün stimulun artırılması və s. kimi tədbirlər həyata keçirir. İnsan resurslarının inkişafına qoyulan investisiya iqtisadi yüksəlişə yol açır.
Bu tip ölkələrə isə İnkişaf etmiş Avropa ölkələrini, Amerika, Yaponioya, Cənubi Koreyanı misal göstərə bilərik.
Gördüyümüz kimi inkluziv iqtisadi və siyasi institutların idarəçiliyi altında olan ölkələr iqtisadi və sosial tərəqqi içərisindədirlər və güc onların əlində cəmləşmişdir. İqtisadiyyatı gücləndirmək, ölkələr arasında söz sahibi olmaq və inkişafı əldə etmək üçün inkluziv iqtisadi sistemin mövcudluğu vacibdir.