"Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək" | Banco.az

"Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək"

“Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Sevinc Həsənova bildirib ki, bu, inflyasiya ilə əlaqədar xüsusi proqramdır: “Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır. Kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir. Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”.

Nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram