Dövlət bankı dividend ödəyib | Banco.az

Dövlət bankı dividend ödəyib

2019-cu ilin iyul ayında "Azər-Türk Bank" ASC səhmdarlarına 300 min manat dividend ödəyib.

Bu barədə Bankın yarımillik hesabatında bildirilir.

“Səhmdarların Ümumi Yığıncağının 13.06.2019-cu il tarixli iclasında 300 min manat dividendlərin ödənilməsilə bağlı qərar qəbul edilmişdir və dvidendlərin ödənilməsi iyul ayında icra edilmişdir”, - hesabatda deyilir.

"Azər-Türk Bank" 2019-cu ilin 1-ci yarısını 774 min manat xalis mənfəət ilə başa vurub. Bank 2017-ci ili 928 min manat, 2018-ci ili isə 2 milyon 114 min manat xalis mənfəət ilə bağlamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin İyun ayında 928 min manat dividendlərin ödənilməsi barədə qərar qəbul edilmişdi və qərar həmin ilin Avqust ayında icra edilmişdi. 

"Azər-Türk Bank"ın nizamnamə kapitalının 75%-i Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Digər səhmdarlar “Ziraat Bank”, “AzRe Təkrarsığorta” və “Qala Həyat Sığorta” şirkətidir.

Marja