"Yanvar ayında ABŞ-ın ticarət kəsirinin artması, dolların məzənnəsi üçün mənfi xəbər olsa da, maliyyə bazarları müvəqqəti olaraq FED-in rəhbəri Cerom Pauelin (Jerome Powell) ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalarına daha çox diqqət ayırıb".
Bu açıqlamanı "Deutsche Bank"ın bazar araşdırmaları şöbəsinin həmsədri Corc Saravelos (George Saravelos) verib.
Qeyd edək ki, yanvarda ABŞ-ın ticarət kəsiri 74,4 mlrd. dollar təşkil edib. Bundan bir ay əvvəl isə analoji göstərici 71,58 mlrd. dollar olub.
"ABŞ-da uçot dərəcəsinin digər inkişaf etmiş bölgələrlə müqayisədə yüksək olmasına baxmayaraq, bu ölkəyə maliyyə axınlarının azalması dolların məzənnəsinə mənfi təsir göstərəcək. Tədricən, ABŞ-ın tədiyyə balansında cari hesab portfel investisiyalarının azalması fonunda pisləşməyə başlayıb. Bu isə, öz növbəsində, dolların ucuzlaşmasına gətirib çıxaracaq", - deyə C.Saravelos bildirib.
Report.az