Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.
Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 20-si ilə müqayisədə 0,07% və ya 0,0011 manat artaraq 1,5511 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,53% və ya 0,0089 manat artaraq 1,6939 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,46% və ya 0,0001 manat ucuzlaşaraq 0,0217 manat olub.