Banco.az olaraq, diskont sözünün izahını verməyə çalışmışıq. Məqalədə həmçinin, sözün ehtiva etdiyi digər termin birləşmələri ilə də tanış ola bilərsiniz.
Diskont (endirim)- Ümumilikdə nəyinsə adi qiymətindən ucuz satışını ifadə edir. Aktivin diskontlu satışı onun dəyərinin bazar qiymətindən yüksək olmasını ifadə edir.
Diskont dərəcəsi
- Mərkəzi Bank tərəfindən kom mersiya banklarına verilən qısamüddətli borcun faiz dərəcəsi. Bu cürə borclanmaq limitli olduğu üçün kommersiya bankları adətən di gər borclanma mexanizmlərindən istifadə edirlər;
- Gələcək pul axınlarının cari dəyərinin hesablanmasında istifadəolunan faiz dərəcəsi.
Diskont gəlirliliyi- Diskontlu borc qiymətli kağızların gəlirliliyi.
Diskont pəncərəsi- Kommersiya banklarının Mərkəzi Bankdan borclanma mexanizmi. Mərkəzi Bank bu mexanizm vasitəsilə kommersiya banklarına qısa müddətli borc verərək onların likvidlik problemini aradan qaldırır. Bu mexanizmdən istifadə edən banklar Mərkəzi Banka diskont dərəcəsi həcmində faiz ödəyirlər.
DiskontlaŞdırılmıŞ pul axını
İnvestisiya imkanlarının gəlirli olub olmamasını ölçən qiymətləndirmə metodu. İnvestisiyanın dəyəri nin müəyyənləşdirilməsi məqsədilə investisiyadan gələcəkdə gözlənilən pul axınlarının diskont faiz dərəcəsi istifadə olunmaqla cari dəyəri hesablanır. Əgər diskontlaşdırılmış pul axını üsulu ilə əldə olunmuş dəyər qiymətləndirilən investisiya imkanlarının xərcin dən yüksəkdirsə, investisiya məqsədəuyğun sayıla bilər. Diskontlaşdırılmış pul axını metodu həmçinin şirkətin dəyərinin hesablanması zamanı istifadə olunur.