"Devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq" | Banco.az

"Devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq"

"İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev bildirib.