"Deutsche Bank"ının itkiləri ekspertləri təəccübləndirdi | Banco.az

"Deutsche Bank"ının itkiləri ekspertləri təəccübləndirdi

Almaniyanın aparıcı kommerisya banklarından biri hesab olunan "Deutsche Bank"ının səhmləri birjada 5.7% dəyər itirib. Bu zaman şirkət 2013-cü ilin 4-cü rübündə gəlirlə deyil, itkilərlə üzləşdiyinə dair açıqlama verib. Bank öz aktivlərini yenidən qiymətləndirməli olub. Qiymətləndirmə zamanı onların həcmi 1.7 milyard avro təşkil edib. Bununla yanaşı, məhkəmə məsrəflərinin 528 milyon avro təşkil etdiyi müəyyən olunub. Söhbət tənzimləyicilərin kredit dərəcələri ilə manipulyasiya etmək cəhdi ilə bağlı tələblərindən gedir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin ili 1.1 milyard gəlirlə başa vurmasına baxmayaraq, ekspertlər öz narahatlıqlarını gizlədə bilmirlər. Ümimiyyətlə, itkilər bankın ümumi hasilatına dəstək verən istiqraz bazarı ilə bağlıdır.

Banco.az / Sevinc İbadova