Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin mart ayında bank müştərilərinin sayı 0.85% (43106) artıb.
2015-ci ilin 3-cü ayında isə fiziki şəxslərdən ibarət bank müştərilərinin sırasına daha 387510 nəfər qoşulub. Sahibkarlıqla məşğul olan müştərilərin sayı isə 0.33%(555) azalıb. Ən böyük artım isə 4.47%-lə,(4355) hüquqi şəxslərin sayında olub.
Bank müştərilərinin sayı | Create infographics
Cari ilin ilk rübünün sonlarında bank hesablarında 1.75% artım olub. Cari hesablar fevral ayı ilə müqayisədə 1.72%, kredit hesabatları isə 1.33% artıb. Ən böyük artım isə 5.57% göstərici ilə depozit hesablarında müşahidə olunub.