Danimarka birjasından yeni Bitcoin kartı | Banco.az

Danimarka birjasından yeni Bitcoin kartı

Danimarka Kriptovalyuta Birjası (CCEDK) Nanocard adlı Bitcoin debet kartını emissiya edib. Onu dünyanın müxtəlif ölkələrində virtual pulların saxlanması və xərclənməsi üçün istifadə etmək olar.

Birjanın iştirakçıları 13 iyuldan etibarən kartdan istifadə edirlər. NanoCard nəinki Bitcoin, həm də ABŞ dolları saxlamağa imkan verir, banlans həm avro, həm də funt sterlinq ilə əks oluna biər.  

“Bir neçə çətin danışıqlardan sonra, biz Bit-х ticarət platforması ilə sövdələşmə imzaladıq. Bu əməkdaşlıq özündə heç bir məhdudiyyət nəzərdə tutmur. Biz həqiqətən də fəxr edirik ki, fəaliyyətə başlayandan cəmi 1 il sonra, belə bir heyrətləndirici proyekt təklif edə bildik. Çox güman ki, bu kripto valyutalar tərəfindən emisisya edilmiş ilk hərtərəfli debet kartdır, CCEDK-nın baş direktoru Ronni Bosinq söyləyib.    

Ən sərfəli kredit üçün müraciət et

Əməliyyat keçirilməsi üçün kart sahibi heç də hər dəfə autentifikasiyadan keçməli deyil. Baxmayaraq ki, bu vəsaitlərin təhlükəsizliyini artıra bilər, CCEDK, Blockchain proqram təminatını hazırlayan Cryptonomex ilə saziş imzalayıb, və bu da tranzaksiya və kriptovalyutaları qorumağa imkan verəcək.

"Biz rəqəmsal valyutaların güclü tərəflərini ümumqəbul olunmuş kredit kartları ilə birləşdirdik texnologiyaların bu vəhtədi NanoCard-ı həqiqətən də daha əhəmiyyətli edir”-  Bosinq söyləyib.