Tədqiqatlara əsasən hər 4 işçidən ən az 1-i tərcümeyi halında yalan bəyanat verir.
Sizə tarixin ən böyük Cv fırıldaqçılarının siyahısını təqdim edirik. Budur CV-lərində yazdıqları yalanlarla dünyanın nəhəng şirkətlərində ən üst mövqelərə qədər çıxan 8 fırıldaqçı:
1. Yahoo CEO-su, Scott Thompson
Cv yalanları mövzusunda dünyanın yəqin ki, ən məşhur adı, Yahoo-nun qısa dövr ərzində CEO-luğunu etmiş Scott Thompsondur. Əks-sədaları hələ də davam edən bu CV fırıldaqçılığının qəhrəmanı Thompson, 54 yaşında Yahoonun CEO-luğundan cv-dəki yalanlar ucbatından istefa vermək məcburiyyətində qaldı. CV-də Kompüter Mühəndisliyi məzunu olduğu yazan Scott Thompson əslində heç bir zaman kompüter mühəndisliyini oxumadığı məlum oldu. Yəni cv-də yalan bəyanat verərək dünyanın ən böyük internet şirkətlərindən birində ən yüksək mövqeyə yerləşdi. Bu macərası yalnız 4 ay davam etdi və hal-hazırda işsizdir.
2. FEMA-nın Direktoru, Michael Brown
Michael Brownun cv-dəki yalanlar ola biləcək ən pis yolla məlum olanda Michael Brown, Amerikanın ən əhəmiyyətli təşkilatlarından biri olan FEMA-nın direktoru idi. Katrina Burulğanında edilən səhv müdaxilələr və strateji səhvlərlə diqqətləri özünə çəkdi və Michael Brownun keçmişi araşdırılmağa başlandı. Bu vəzifəyə özgecv-nə Edmund şəhərinin Təcili Müdaxilə idarəsinin sədri olduğunu və Central Oklahoma Universitetində Siyasət təhsili aldığını yazaraq gələn Michael Brown, normalda Central Oklahoma Universitetinin qarşısından belə keçməmişdi və Edmund şəhərində isə Bələdiyyə sədrinin köməkçisi vəzifəsində idi.
3. Massachusetts Institute of Technology (MIT) Dekanı, Marilee Jones
MIT-də tam 28 ildir ki, çalışan Marilee Jones, cv-də dediyi yalana baxmayaraq MİT-in dekanlığına qədər yüksəldi. CV-də həm lisenziya, həm yüksək lisenziya aldığını yazmasına baxmayaraq aşkar çıxdı ki, Marilee Jones bəhs etdiyi universitetdən deyil məşhurluğu daha az olan başqa bir universitetdən məzundur. Bu hadisədən sonra dekanlıqdan çıxan Marilee Jones Berklee College of Music məktəbinin məsləhətçisi kimi karyerasına davam etdi.
4. Connecticut Hüquq Məsləhətçisi, Richard Blumenthal
Connecticut Senatında vəkil olmaq üçün yarışa qatılan Richard Blumenthal, Amerika xalqının dəstəyini yığmaq üçün Vyetnam müharibəsində ön cəbhədə vəzifə aldığını və döyüşə qatıldığını söyləyərək səs yığdı. Richard Blumenthal əslində Vyetnam Müharibəsinin olduğu dövrlərdə dənizçi olaraq əsgərlik edib, lakin sonradan aşkar çıxdı ki, Blumenthal Vyetnama heç getməyib. Buna baxmayaraq yenə də girdiyi seçki yarışını qazandı.
5. Notre Dame Amerika Futbolu Komandasının rəhbəri, Corc O'Leary
Corc O'Leary, New York Universitetində Təhsil Elmləri fakultəsindən məzun olduğunu və New Hampshire Universitetində də universitetin Amerika Futbolu komandasında oynadığını söyləyərək Notre Dame komandasının rəhbərliyinə qədər yüksəldi. Əslində Corc O'Learynin nə futbolla əlaqəsi var, nə də New York Universiteti ilə. Təbii ki, bu yalanı aşkar olan kimi Corc O'Learynin klub ilə olan əlaqəsi kəsildi.
6. Dinner Impossible proqramının serveri, Robert Irvine
Food Network TV kanalında yayımlanan və bir zamanlar Amerikanın ən məşhur TV şoularında biri olan Dinner Impossible (bir yemək-aşbaz yarışması) verilişinin aparıcısı aşbaz Robert Irvinenin cv-də Şahzadə Diananın toy tortunu hazırladığı və Ağ Evin mətbəxində çalışdığı yazılırr. Əslində bunların heç biri real deyil. Bu yalanı istifadə edərək Amerikanın ən böyük yemək kanalı olan Food Network-də ciddi vəzifələr qazanan Robert Irvine, bu yalan ortaya çıxanda dərhal qovuldu.
7. RadioShack CEO-su, Dave Edmondson
Amerikanın məşhur elektron pərakəndəçilərindən olan RadioShack-ın CEO-su Dave Edmondsonun CV-də California Pacific Coast Kollecində Psixologiya və Din təhsili aldığı yazılır, lakin bu böyük bir yalandır. Bu məktəbdən heç bir zaman məzun olmayan Dave Edmondson, Star Telegram qəzeti bu hadisəni ortaya çıxardıqdan sonra istefa vermək məcburiyyətində qaldı. Sonra isə EasySale adı altında bir şirkət yaratdı.
8. Bausch&Lomb CEO-su, Ronald Zarrella
Dünyanın ən böyük optik və linza firmalarından olan Bausch&Lomb firmasının CEO-su Ronald Zarrella, bu mövqeyə şirkətə New York Universitetində Biznes üzrə magistr təhsili alması barədə yalan deyərək gəlib. Əslində Ronald Zarrella, New York Universitetində başladığı magistr təhsilini heç bir zaman tamamlaya bilməmişdi. İşin qəribəsi onda idi ki, CV-də yalan dediyi məlum olanda 1 Milyon Dollarlıq bonusu ləğv edilən Ronald Zarrellanın söylədiyi yalana baxmayaraq hələ də şirkətin CEO-luq vəzifəsinə davam etdi. 2008-ci ilə qədər Bausch&Lomb-da CEO-luq vəzifəsinə davam edən Zarrella, satışa çıxarılan səhv məhsullardan və ardıcıl uğursuzluqdan sonra istefa vermək məcburiyyətində qaldı.
Günel Abduraxmanova / [email protected]