Çoxumuzun xəbərdar olmadan düşdüyü psixoloji vəziyyət: Axmaq Puma Xəstəliyi | Banco.az

Çoxumuzun xəbərdar olmadan düşdüyü psixoloji vəziyyət: Axmaq Puma Xəstəliyi

Çox vaxt depressiyaya düşürük,  ətrafımızda olan problemlər bizi psixoloji xəstəliklərə yaxalayır. Bu xəstəliklərdən biri də Axmaq puma sendromudur. Amma bu xəstəlikdən bəhs edərkən bilməli olduğumuz bəzi məsələlər vardır.

Pumaları tanımayan varsa tanış edim, məməlilər sinifi pişikkimilər fəsiləsindəndir. Biraz panteraya bir az da pişiyə bənzəyən bu yırtıcıların boyu hardasa 2 metrə yaxındır. Pumaların çox xüsusiyyətləri var amma ən məşhuru sürətli və atletik qaçmasıdır. Öz ovlarının  arxasınca qaçarkən getdikcə sürətlənərlər və bütün əzələləri ilə estetik bir qaçış ortaya qoyarlar. Bu fənd ya pumanın ya da həyatını qurtarmaq üçün qaçan qurbanın zəfəri ilə nəticələnər. 

Amma Pumalar ovlanarkən istifadə etdiyi bir mexanizma vardır. Pumalar qurbanlarını ovlamaq üçün istifadə etdikləri  qaçış vaxtını və çəkdikləri zəhməti öz ovunun cüssəsinə görə müəyyən edərlər. Necə ola bilər? dediyinizi eşidirəm.  Belə ki, Pumaların bir ceyranı ovlamaq üçün istifadə etdikləri vaxt ilə dovşanı oğlamaq üçün istifadə etdiyi vaxt bir-biri ilə  eyni deyildir. Puma çox ağıllı bir canlıdır.  Yəni ovunu ovlamaq üçün qaçarkən özünün enerji miqdarına  bir hədd qoyar,  bu hədd öz ovundan əldə etdiyi mümkün enerji miqdarına bərabərdir. Əgər bu həddi keçərsə qaçmaqdan imtina edər.  Məğlubiyyəti qəbul edib, başqa ov axtarmağa yollanar. Qısacası səfasın görməsə cəfasız çəkməz.

Ən sərfəli kredit üçün müraciət et

Axmaq Puma xəstəliyi isə bunun tam əksini edən insanlar üçündür. Ömür boyu bir dovşanın arxasınca qaçıb onu göz çırpımında bitirənlər bu xəstəliyin daşıyıcılarıdır. Yəni insanlar ömür boyu kiçik şeylər üçün gücünün yarısını sərf edirlər. Əslində ceyran ovlamalı yaşda olarkən, dovşan ovlayırlar. Biz buna iqtisadiyyatda alternativ xərc deyirik. Yəni çəkdiyimizin xərcin qarşılığını verən məhsullar.  Amma iqtisadiyyatdan fərqli olaraq günümüzdə insanlar özlərinə bu sualı vermirlər.

Əldə etdiyim şey, sərf etdiyimə dəyəcəkmi?

Unutmayın dostlar, zaman elə bir qavramdır ki onu itirmək çox şeyə bədəldir və təəssüf ki geri qaytarmaq olmur. Çalışın onu daha dəyərli şeylərə xərcləyin. Uğurlar.