Bankların digər daha çox istifadə olunan xidmətlərdən biri də pul köçürmələridir. Pul köçürmələri arasında isə daha sürətli həyata keçən təcili pul köçürmələridir. Bundan əlavə, pulu göndərərkən xərcin daha az olmasıdır. Digər bir üstünlük isə prosesin sadəliyidir. Bunun üçün sadəcə göndərən və alan şəxsin şəxsi məlumatları və pul vəsaitini bank əməkdaşına təqdim etməklə bir neçə dəqiqədə reallaşır. Təbii ki, bunun üçün yalnız banka yaxınlaşması vacib deyil. Əməliyyatı bankın mobil tətbiqi ilə də həyata keçirmək mümkündür. Bu cür əməliyyatları həyata keçirmək üçün bankların bir sıra pul köçürmə sistemləri var. Bunlardan ən çox istifadə olunanlar Western Union, Zolotaya Karona və Contact-dır. Bu məqalədə Contact pul köçürmə sistemindən bəhs edəcəyik.
Həmçinin bax: Xaricə Hansı Yolla Pul Köçürmək Olar? - Video
Bu sistemlər vasitəsilə pul köçürmək üçün əsas məqam həmin sistemin göndərəcəyiniz ölkədə fəaliyyət göstərməsidir. Növbəti məsələ isə komissiyalarla tanış olmağınızda fayda var. Digər əsas məqamlardan biri də göndərilən məbləğə qoyulan limitdir. Bu limit nəinki göndərərkən qarşılaşırsan, eyni zamanda bəzi banklarda xarici ölkədən gələn vəsaitin məbləğinə də limitlər də var. Qeyd olunan limitlər bəzi banklarda sadəcə Rusiya, Belarusiya və Ukraynaya aiddir. Contact vasitəsilə xaricdən gələn pulu qəbul edilməsi ilə bağlı limitləri aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Limitlər dollarla müəyyən olunsa da, vəsait müştəriyə limiti keçməmək şərti ilə həmin məbləğin manat ekvivalentində hesablanaraq təqdim olunur.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!