Coca-Cola Zero’nun twitter hesabı ilə bağlı paylaşılmış saxta foto trendə çevrildi! | Banco.az

Coca-Cola Zero’nun twitter hesabı ilə bağlı paylaşılmış saxta foto trendə çevrildi!

Səbəbi bilinməyərək Coca-cola zeronun rəsmi twitter hesabı qorunmuş vəziyyətdədir və dünən gecə bu məsələ ilə bağlı bir hadisə baş verdi. MashAllPotatoes adlı bir istifadəçi Coca-cola Zero və ya digər adı ilə Coke zero twitter hesabından iki ekran görüntüsü paylaşıb, twitdə də qeyd etmişdi ki, 

“@CokeZero hər şey qaydasındadırmı?”

Bunu etməsinə səbəb birinci şəkildə yazılan sözlər idi.

48 dəqiqə öncə atdığı  twittdə yazır ki, "Coke-Zero ilə Diet Coke arasında heç bir fərq olmadığını deyən insanlardan bezdim və yoruldum. Coke-Zeronu ləzzətini anlamaq üçün həssas içki zövqünə malik olmalısınız." 17 dəqiqə öncəki twitində isə, "bilirsiniz, hamınızın canı cəhənnəmə, mən artıq yoxam."

Yuxarıdakı MashAllPotatoes adlı istifadəçinin atdığı twit internetdə qısa müddət ərzində yayılmağa başladı və hamı bunu paylaşdı. Hətta bir çox istifadəçi Coke-Zero-nun bu postları yazdığını sonra isə hesabını qorumaya aldığını düşünürdü. Hesabın hack edilmiş olma versiyasını da düşünənlər az deyildi. 

Ən sərfəli kredit üçün müraciət et

MashAllPotatoes adlı istifadəçinin postundan 5 saat sonra Coca-colanın rəsmi hesabı bu paylaşıma belə reaksiya göstərdi. 

"Bu dəyişdirilmiş şəkli biz hazırlamamışıq, xaiş olunur #CokeZeroSugar  barədə xəbərləri rəsmi hesabımız olan  @CocaColadan izləyin."

MashAllPotatoes isə bu reaksiyaya belə rəy yazmışdı:

"Əgər mənim bu zarafatım sosial medya komandanız üçün bir problem olubsa, üzr istəyirəm. Heç kimsənin bunun həqiqi olduğunu düşünməsini gözləməzdim, xususilə oraya əlavə etdiyim Rick və Morty zarafatı ilə birgə"

MashAllPotatoesun bu etirafından sonra Coke Zeronun belə bir paylaşım etməməsi məlum oldu, lakin hesab yenə qorumalıdır. Coca-cola isə bu barədə bir açıqlama etməməsi isə işi daha da maraqlı edir. 

Xəzər Aslanov. Banco.az