Müəllif: Tamara Mustafayeva, Banco.az
“Coca-Cola” bütün restoranlarda tələb olunduğunu ortaya çıxaran bir kampaniya hazırlayıb.
Banco.az xəbər verir ki, demək olar ki, bütün restoranlar ən yaxşı xidməti özlərinin təklif etdiyini iddia edir. Hətta sosial mediada restoran tövsiyələri verən hesabların bir çoxunda “ən yaxşı burger” və ya “əsl italyan pizzası” kimi ifadələrə tez-tez rast gəlirik.
Hansı müəssisələrin həqiqətən ən yaxşı qızardılmış toyuq, çizburger və ya kabab təklif etməsi ilə bağlı ümumi razılığa nail olmaq mümkün olmasa da, “Coca-Cola” şirkəti bir reallığı ortaya çıxarıb ki, restoranlar adətən bir şeydə razılaşırlar: “Dadlı yeməklər buz kimi soyuq kola ilə müşayiət olunar.”
Odur ki, məşhur içki brendi “VMLY&R” kreativ agentliyinin rəhbərliyi ilə, eyni zamanda “WPP”nin “Open X” ilə əməkdaşlı çərçivəsində yeni kampaniya hazırlayıb.
Kampaniyanın tərtibatçıları ABŞ-da geniş səyahətə çıxırlar və “Coca-Cola” içmək üçün bir çox restoranın yanında dayanırlar. Onlar dəfələrlə eyni nəticəyə gəlirlər ki, “Coca-Cola” demək olar ki, bütün növ yeməklərlə olduqca uyğunlaşır.
Bizi sosial şəbəkələrdən izləyin!!