Çinli milyarder otel və turizm obyektlərini $9,3 milyarda satdı | Banco.az

Çinli milyarder otel və turizm obyektlərini $9,3 milyarda satdı

Bu ayın sonuna r bağlanacaq vdə, Çinin daşınmaz əmlak sektoru tarixində ən klərdən olacaq.

Çinli milyarder, Van Tszyanlinə (Global Forbes reytinqində No18, sərvətinin miqdarı 31,3 milyard USD) məxsus “Wanda Group” 76 otel və 13 turizm obyektini Sunac China inşaat şirkətinə satacaq. Banco.az Forbes-ə istinadən bildirir ki, sövdənin dəyəri $9,3 milyard USD təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Çin Xalq Respublikası hazırda Wanda, HNA Group və Fosun Group-da mövcud olan borclanma səviyyəsini araşdırır, hər üç şirkət ölkə xaricində son üç il ərzində aktiv fəaliyyət aparır. Sunac otellərə görə 4,9 milyard, turizm obyektlərinə görə isə 4,4 milyard USD ödəmişdir. Həmin obyektlər Wanda brendi altında öz fəaliyyətini davam etdirəcək.

Bu gün Honkonqda Sunac səhmlərinin ticarəti dayandırılıb. Eyni zamanda Wanda Hotel Development –şirkətin daşınmaz əmlak istiqaməti üzrə bölməsinin səhmləri birjada 46% bahalaşıb, Banco.az xəbər verir ki, sövdə haqqında xəbərlər qiymətin qalxmasına stimul verib. 

Könül Soltanova, Banco.az