Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin xidmət sektorunda aktivlik 13-cü ayda da artıb.
Banco.az xəbər verir ki, “Caixin” tərəfindən aparılmış eksklüziv sorğuya görə, Çinin xidmət sektorunun fəaliyyəti yanvar ayında ardıcıl 13-cü aydır ki, artım göstərib.
Belə ki, xidmət satınalma menecerləri indeksi əvvəlki ayın 52,9 punktluq göstəricisi ilə müqayisədə 52,7 punkt olub.
Yanvar ayında yeni sifarişlər daha yavaş sürətlə artarkən, indeks dekabrdakı 53,7 punktdan 51,5 punta düşüb.
“Caixin” sektor üzrə "yeni sifarişlərin artım sürətində əhəmiyyətli yumşalma" olduğunu, bununla belə, sektorda məşğulluğun ardıcıl ikinci ayda da bir qədər artdığını, şirkətlərin isə xidmətlər üzrə 12 aylıq perspektivlə bağlı ümumən nikbin olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!