Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin velosiped satışlarını sürətlə artırır.
Banco.az xəbər verir ki, Çinin velosiped ixracatı cari ilin ilk rübündə 11 milyona yaxınlaşıb.
Bu rəqəm də ötən rübə nəzərən 13.7 faiz artım deməkdir.
Çin Velosiped Assosiasiyası ölkədən ABŞ-a velosiped ixracının 47.2 faiz artım göstərdiyini açıqlayıb. Rusiyaya ixracat isə 52.1 faiz təşkil edib.
Satış həcmindəki artıma əsas töfhənin yol velosipedlərindən gəldiyi bildirib. Sektor rəsmilərinin məlumatına görə, son illərdə sözügedən velosipedlərdən istifadə edənlərin yaş səviyyəsi aşağı düşüb. Bu velosipedlərin fitnes ləvazimatı kimi istifadəsi də geniş vüsət almaqdadır.
Bizi sosial şəbəkələrdən izləyin!!