Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində həftə sonu açıqlanan fabrik istehsalı, istehlak və investisiya məlumatları avqust ayında proqnozları doğrultmayıb.
Banco.az xəbər verir ki, Çində işsizlik nisbəti ötən 6 ayın ən yüksək səviyyəsinə çatarkən, istehlak və investisiya məlumatları avqust ayında gözləniləndən daha çox zəifləyib.
Məlumatlar hökumətin il sonu artım hədəfinin yerinə yetirilməyəcəyi ilə bağlı narahatlıqları artırıb və iqtisadiyyatı dəstəkləmək üçün stimullaşdırıcı addımlar üçün çağırışların artmasına səbəb olub.
Məlumatların yayımlanmasından bir neçə saat əvvəl Çin Xalq Bankı (PBOC) nadir bir bəyanatda məyusedici kredit məlumatları ilə yanaşı deflyasiya ilə mübarizənin daha yüksək prioritet olacağına işarə etmiş və növbəti monetar ekspansiyaya yaşıl işıq yandırmışdı.
“Goldman Sachs”, “Morgan Stanley” və “Citigroup” iqtisadçıları zəif göstəricilərdən sonra Çinin illik ÜDM proqnozlarını rəsmi hədəfdən aşağı endiriblər.
Digər tərəfdən, yeni həftənin ilk ticarət günündə FED-in faiz endirimi ilə bağlı gözləntilərin qlobal bazarlara təsiri Çində açıqlanan zəif məlumatların kölgəsində qalıb. Asiyada Yaponiya, Çin və Cənubi Koreyada maliyyə bazarları tətil səbəbiylə bu gün ticarət üçün bağlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!