Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin beynəlxalq ticarət kəsiri ötən ay 10,2 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, Çin Dövlət Valyuta Administrasiyasının cümə günü verdiyi açıqlamaya görə, ölkənin beynəlxalq mal və xidmət ticarətinin ixrac dəyəri 232,5 milyard ABŞ dolları, idxal dəyəri isə 222,3 milyard ABŞ dolları olmaqla, 10,2 milyard ABŞ dolları müsbət saldo yaranıb.
Çində malların ümumi ixrac dəyəri 1,46 trilyon yuan, idxal dəyəri isə 1,26 trilyon yuan olub və nəticədə 197,7 milyard yuan müsbət saldo yaranıb.
Xidmət ixracının dəyəri 194,7 milyard yuan, xidmət idxalının dəyəri isə 320 milyard yuan olduğu üçün 125,4 milyard yuan kəsir yaranıb.
Qeyd edək ki, 142,5 milyard yuan ticarət dəyəri ilə xidmət ticarətinə ən böyük töhfə verən sektor turizm olub.
Bizi sosial şəbəkələrdən izləyin!!