Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində ötən il süni intellektə əsaslanan ixtiraların sayı 378 minə çatıb.
Banco.az xəbər verir ki, Çində 2023-cü ildə süni intellektə əsaslanan ixtira patentlərinin sayının 378 minə çatdığı açıqlanıb.
Sinxua agentliyinin məlumatına görə, Çin Milli Əqli Mülkiyyət Administrasiyasının (CNIPA) yüksək səviyyəli rəsmilərindən olan Qı Şu paytaxt Pekində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
O, ölkəsində süni intellektə əsaslanan ixtira patentlərinin sayının 2023-cü ilin sonunda əvvəlki ilə nəzərən 40 faizdən çox artaraq 378 minə çatdığını söyləyib.
Çinin əsas rəqəmsal iqtisadiyyat sektorlarında təsdiqlənmiş patent sayının 406 minə yüksəldiyini dilə gətirən Qi qeyd edib ki, bu, ölkədəki ümumi ixtira patentlərinin 45 faizini təşkil edir.
O, həmçinin bildirib ki, Çində rəqəmsal iqtisadiyyatın əsas sektorları ümumi daxili məhsulun 10 faizini təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!