Çində inflyasiya səviyyəsi gözləniləndən yüksək olub | Banco.az

Çində inflyasiya səviyyəsi gözləniləndən yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin aprel ayında inflyasiya səviyyəsi proqnozlardan bir qədər yüksək olub.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun şənbə günü açıqladığı məlumata görə, ölkədə istehlak qiymətləri gözlənildiyindən daha sürətlə artıb.

Belə ki, aprel ayında istehlak qiymətləri indeksi illik 0,3 faiz artım göstərib.

Bu, iqtisadçıların 0,2 faizlik proqnozundan və mart ayında müşahidə edilən 0,1 faizlik artımdan yüksək nəticədir.

Çinin istehsalçı qiymətləri indeksi isə ötən ilin aprel ayı ilə müqayisədə 2,5 faiz azalıb ki, mart ayında azalma 2,8 faiz hesablanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram