Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Sincan regionunda Təbii Qaz Boru Kəməri layihəsinə start verib.
Banco.az xəbər verir ki, cümə günü Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində yerləşən Kuqa şəhərində təbii qaz kəməri layihəsinin tikintisinə başlanılıb.
Üç mərhələdə həyata keçiriləcək və ümumi uzunluğu 2108 kilometr olan layihənin davam edən birinci mərhələsi 616 kilometri əhatə edəcək.
2025-ci ildə tamamlanan təbii qaz kəməri şəbəkəsi Kaşqar, Aksu prefekturası, Bayinqolin Monqol Muxtar Prefekturası və digər əyalətləri əhatə edən doqquz rayon və şəhəri birləşdirəcək.
“PetroChina Company” rəsmisi Çanq Quyçuanın sözlərinə görə, bu, Sintsziyanın cənubunda hazırda 27 milyon kubmetr maksimum gündəlik qaz tədarükü gücünü 58 milyon kubmetrə qədər artıracaq.
Təbii qaz kəməri layihəsinin Tarim hövzəsini dolanaraq Sincanın cənubunda insanların yaşayışına və müəssisələrin istehsal fəaliyyətlərinə güclü dəstək verməsi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!