Çin iqtisadiyyatının artım tempi zəifləyir | Banco.az

Çin iqtisadiyyatının artım tempi zəifləyir

Sinxua agentliyindən verilən məlumata görə, 2013-cü ildə Çində ÜDM-un həcmi 7.7% artmışdır. Bu göstərici 1999-cü ildən sonra ölkədə müşahidə olunan ən aşağı göstəricidir və bu rəqəm Çin iqtisadi möcüzəsinin başa çatdığını iddia edən skeptiklərin haqlı olduğunu sübuta yetirir. Həmin skeptiklər sırasında Mərkəzi Bankın adına da rast gəlmək mümkündür. Belə ki, bank növbəti ildə artım həddinin 7.5%-dək azalacağını proqnozlaşdırır.

3-cü rüb ilə müqayisədə ilin sonunda Çin iqtisdiyyatının artım tempində ləngimə müşahidə olunmuşdur. Lakin buna baxmayaraq, artım səviyyəsi bazar gözləntilərini üstələmişdir.

Oktyabr-sentyabr aylarında ölkədə ÜDM-un həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 7.7% artmışdır. Analitiklər müxtəlif proqnozları nəzərə alaraq, bu göstəricinin daha aşağı olacağını və 7.6% təşkil edəcəyini gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

1-ci rübdə artım səviyyəsi 7.7%, 2-ci rübdə 7.5%, 3-cü rübdə isə 7.8% təşkil etmişdir.

Əvvəlki rüb ilə müqayisədə oktyabr-dekabr aylarında ÜDM-un həcmi 1.8% artmışdır.

Şotlandiya Royal Bankının baş iqtisadçısı Luis Keys hesab edir ki, 4-cü rübdə müşahidə olunan ləngimə investisiyanın artım tempinin zəifləməsinə səbəb olmuşdur. 

Banco.az / Sevinc İbadova