Çinin ikinci rübdə ÜDM-i gözləntiləri üstələyib.
Cari ilin ikinci maliyyə rübündə Çin iqtisadiyyatı illik müqayisədə 7% böyüyüb, bu isə bazar üçün edilən 6,9%-lik orta artım tempini cüzi də olsa üstələyir.
Buna baxmayaraq, bu rəqəm 2009-cü ilin mart ayından bəri bərabər-səviyyəli ən aşağı artım göstəricisidir.
Çin, ÜDM
Çin Milli Statistika bürosu – ÜDM hesabatı
"2015-ci ilin ilk yarısında, ciddi xarici və daxili iqtisadi çətinliklərlə üzləşən ölkə iqtisadiyyatı üzərində basqı səbəbindən, Mərkəzi Komistə və Dövlət Şurası stabilliyi saxlayaraq, irəli getmək kursunu seçdilər. Görülən tədbirlər – elmi əsaslı və diqqətli makro tənzimləmə, institutsioal islahatlar və sistem islahatları üçün təkan oldu. Milli iqtisadiyyat artıq düzgün istiqamət alıb və başlıca göstəricilər davamlı şəkildə yüksəlir, təvazökar, lakin stabil və xoşməramlı inkişaf tendesniyasını nümayiş etdirir.
Yüksələn sadəcə ÜDM deyil, həmçinin sənaye istehsalı, pərakəndə satışlar və şəhər investisiyaları iyun ayında aktivlərin formalaşmasına xidmət edib.
Bir il öncə ilə müqayisədə sənaye istehsalı 6%-lik ehtimalları qıraraq, 6,8% yüksəlib. May ayında da 6,1% artım tempi qeydə alınıb və bu yanvardan bəri ən sürətli artım tempi olub.
Pərakəndə satışlar 10,6% yüksəlib və may ayında temp 10,1% olub, ekspertlərin gözləntiləri isə 10,2% təşkil edib.
Son üç ildə zəifləmiş şəhər investisiyaları 11,4% artım nümayiş etdirib və may ayında əldə edilmiş artıma əsaslanaraq edilən 11,2%-lik artım proqnozunu üstələməyə müvəffəq olub.
Ətraflı: http://www.businessinsider.com.au/here-comes-chinese-gdp-2015-7#ixzz3fwD...