Çin AI-dən idxal edilən süd məhsullarına subsidiya araşdırmasına başlayıb | Banco.az

Çin AI-dən idxal edilən süd məhsullarına subsidiya araşdırmasına başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Avropa İttifaqı (Aİ) ölkələrindən idxal edilən süd məhsulları üçün subsidiya araşdırması başlatdığını açıqlayıb.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasında belə deyilir.

Açıqlamada Çin Süd Məhsulları Assosiasiyası və Çin Süd Sənayesi Assosiasiyası tərəfindən yerli istehsalçılar adından verilən subsidiya araşdırması müraciətinin qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, Aİ-dən idxal edilən təzə pendir, kəsmik və göy pendir kimi bəzi süd məhsulları araşdırma çərçivəsində yoxlanılacaq. Bildirilib ki, 1 aprel 2023-cü il - 31 mart 2024-cü il tarixləri arasında Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullar ekspertizadan keçəcək və 2020-2024-cü illər arasında yerli sənayeyə dəymiş ziyan müəyyən ediləcək.

Vurğulanıb ki, Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti çərçivəsində 20 subsidiya ilə yanaşı, İrlandiya, Avstriya, Belçika və İtaliya kimi üzv ölkələrin həyata keçirdiyi subsidiya proqramları da araşdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

1 il davam etməsi planlaşdırılan araşdırmanın xüsusi şərtlər çərçivəsində növbəti 6 ay uzadılacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram