ChatBot-lar
ChatBot, mesajalaşma platformaları üzərində işləyən istifadəçi ilə yeni əlaqə platformasıdır. Facebook, Messenger, Skype kimi mesajlaşma platformalarında işləyən mikro-app-lər kimi tanıda bilərik.
ChatBot-lar istifadəçiyə ən uyğun cavabı verərək, onu yönləndirmə, istədiyi informasiya ilə təmin etmə və ya da başqa hər hansısa bir prosesi yerinə gətirmək üçün istifadə oluna bilir.
Süni intelektin inkişafı ilə daha da sürətli inkişaf etmək də olan chatbotlar insanı əvəz edə bilmə həddinə gəlməkdədir. Təbii ki, bir insanı heç bir zaman əvəz edə bilməyəcəklər, ancaq aparılan araşdırmalar göstərir ki, 202-ci ilədək facebook səhifələrinin 80%-i çatbotlar tərəfindən cavablandırılacaq.
Chatbot-lar harada istifadə olunur ?
Müştəri ilə münasibətlərdə, satışdan sonra dəstək məqsədli, satış məqsədli proseduralarda geniş istifadə oluna bilir.
Chatbot-ların inkişafı
Chatbot dedikdə edilə biləcəklərin qısıdlı olması ilk ağla gələn məsələlərdəndir. Buna görədə çox zaman istifadəçi reaksiyaları nəzərə alınmamaqdadır. Bu da istifadəçi sayının azalmasına səbəb olur. Bu səbəblə də ChatBot-lardan istifadə zamanı istifadəçi reaksiyaları analiz edilməlidir.
Chatbot-lar haqda 10 büyük xətamız.
1.Profesianal dəstək almadan həvəskarcasına chatbotlardan istifadə və inkişafına çalışılması. Bu tip proseslər istifadəçi tərəfindən müsbət reaksiya almır.
2.ChatBotun-un performansının izlənilməməsi. Performansı müəyyən edilməyən çatbotları doğru inkişaf etdirmək mümkün deyildir.
3.Süni intelektlə bağlı gözləntilərin yüksək olması. Bu səbəblə də çatbotdan ona uyğun olmayan suallara da cavab gözlənilməsi.
4.Senarinin düzgün planlaşdırılmaması. Çatbotları necə gəldi formalaşdırma prosesi inkişafının qarşısını alır, buna görə də iş sektorunuza seqmentinizə uyğun çatbotların senari əsasında inkişafına çalışmaq lazıdmır.
5.Test mövzusunun ciddiyə alınmaması.
6. Öyrənmə alqoritmalarının yanlış qurulması.
7.Sadə həllərlə layihəni vahid istiqamətdə inkişaf etdirmək əvəzinə hər şeyi bir birinə qatmaq.
8.Fərqli kanallarda eyni təcrübənin yaşadılmaması. Facebook və ya saytınızda istifadəçinin eyni təcrübəni yaşaması olduqca önəmlidir.
9.Senari problemlərinin Chatbota bağklanması. Düzgün senari qura bilməsəniz çatbotunuz uğursuz olacaq.
10.ChatBot-u test etmək, test zamanı ona uyğun olmayan sualların ona ünvanlanması chatbotunuzun inkişafına müsbət təsir etmir. Test zamanı real istifadəçiyə çıxaraq onların doğru sual verməsinə çalışmaq lazımdır.
Kamran Saleh, marketinghub.az