Cənubi Koreya birjalarında niyə kriptovalyuta vahidləri azdır? | Banco.az

Cənubi Koreya birjalarında niyə kriptovalyuta vahidləri azdır?

Bir çox investor “Bithumb” və “Korbit” kimi Cənubi Koreya birjalarında niyə yalnız bir neçə kriptovalyuta vahidinin siyahıya alındığını ilə maraqlanır.

Aşağı təklif

2017-ci ildə 300 milyon dollardan çox qazanc edən Cənubi Koreyanın ən böyük birjası “Bithumb”-da yalnız 12 kriptovalyuta vahidi var. Yerli bazarda üçüncü ən böyük kriptovalyuta birjası olan “Korbit” “Bithumb”-dan daha az kriptovalyuta vahidi istifadə edir.

Cənubi Koreyadakı birjalar tədbirli davranaraq bazarda müəyyən kriptovalyutalara olan tələbi diqqətli şəkildə analiz edirlər. Yerli bazarda kriptovalyuta vahidləri üçün ciddi tələbat var, lakin Cənubi Koreya bazarında daha az təklif mövcuddur.

Nəticə etibarilə, investorlar kriptovalyuta vahidlərinə təklif çox olmadığı üçün qlobal səviyyələrdən daha yüksək dərəcədə kriptovalyutalar alır.

Cənubi Koreya birjalarına daxil olmaqdan əvvəl ciddi araşdırma aparmaq lazımdır. Xüsusən, Qtum və Zcash almamışdan əvvəl “Bithumb” hər iki kriptovalyutaya olan tələbin uzun müddət davam edəcəyini təmin etmək üçün bir neçə aylıq risk qiymətləndirməsi və təhlil aparıb.

Cənubi Koreyalı investorlar bazardakı bütün kriptovalyutalara maraq göstərmirlər. Məsələn, “Bithumb”-da EOS kriptovalyutası, Bitcoin, Bitcoin Cash, Litecoin, Dash, Monero və Zcash-dən yaranan gündəlik ticarət həcmindən daha böyükdür. Buna görə də “Bithumb” üçün 7 böyük kriptovalyuta vahidi kombinasiyasından daha məşhur olan kriptovalyutaların siyahıya alınması şirkət üçün 7 kriptovalyuta vahidi əstəyi əlavə etməkdən daha faydalıdır.

Xarici investorlara qapalıdır

Xüsusən, Cənubi Koreya bazarında xarici investorlara kriptovalyutanın qiymətinə təsir etməyə imkan verilmir. Yanvarın 20-də xarici investorlara ticarət qadağası qoyulmadan öncə belə, xarici valyutlarla kriptovalyuta almaq məhdudlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Digər bölgələrdə isə, investorlar birjalara önəmli miqdarda kriptovalyuta çıxarırlar ki, bu da bu valyuta növününün likvidliyini artırır. Cənubi Koreya bazarında böyük həcimli kriptovalyuta alqı-satqısı olmadığı üçün müəyyən məhdudiyyətlər mövcuddur.

Dekabr ayında çinli bir neçə mədənçi Cənubi Koreyanın kriptovalyuta bazarında Çində qazılmış Bitcoin və digər kriptovalyutaları gətirməyə cəhd etdikləri üçün həbs ediliblər.

“UpBit”

Cənubi Koreya birjaları tərəfindən az miqdarda kriptovalyuta dövriyyəyə buraxıldığından, “UpBit” ilk çıxışı yerli investorlar tərəfindən böyük maraqla qarşılanıb. Ay ərzində “Bithumb”-dan sonra bazardakı ən böyül ikinci kriptovalyuta sayılıb.

“UpBit”, “KakaoTalk” və “KakaoPay” operatoru Kakaonun törəmə şirkəti olan “Dunamu” tərəfindən idarə edilir. Platforma “Bitterxt”-in bütün kriptovalyutaları siyahıya almasına icazə verən strateji ortaqlığa sahibdir.

Bu tarixə qədər “UpBit” Cənubi Koreyada 100-dən çox kriptovalyutanın dəstəyi ilə ölkədə ən çox kriptovalyuta dövriyyəsinə sahibdir.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az