“Buta Sığorta” şirkəti ERP üzrə mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edib.
Şirkətdən verilən məlumata görə, ali təhsilli, hər hansı dildə proqramlaşdırma təcrübəsi olan, Excel proqramını yaxşı səviyyədə bilən, azərbaycan və rus dillərində sərbəst danışmağı bacaran namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Bundan əlavə müraciət edənlər məsuliyyətli və tələbkar, komandada işləmək bacarığı, ERP tətbiqi sahəsində, proqramlaşdırma üzrə təcrübəsi olmalıdır. Sığorta sahəsində bilikləri olanlara üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• ERP sisteminin tətbiqi;
• Web əsaslı təşkilati iş tətbiq layihələrində yeniliklərin edilməsi;
• Əməliyyat proqramlarında İnzibatçı vəzifəsinin yerinə yetirilməsi;
İş qrafiki: 6 günlük (6-cı gün yarım gün)
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlananlar sentyabr ayının 5-nə qədər öz "CV"-lərini "Subject" başlığına "ERP" yazaraq [email protected] ünvanına göndərə bilərlər.
fins.az