Bulvarın bu hissəsi pullu oldu - Səbəb isə... | Banco.az

Bulvarın bu hissəsi pullu oldu - Səbəb isə...

“Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyytətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.

Bunu açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır: “Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan  kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub.  Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada  daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib.  Bu da sakinlərin istirahətinə maneə törədirdi.  Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”.

Ən sərfəli kredit üçün müraciət et

fed.az