"Hər dəfə mən insanların bu ölkə haqqında bədbin danışdığını eşidəndə, düşünürəm ki, onların ağılı yerində deyil”
Bu sözləri Buffet ABŞ haqqında, Forbes jurnalının 100 illiyinə həsr olunmuş gecədə dünya biznes nəhənglərinin liderləri qarşısında çıxış edərkən deyib. Jurnalın 100 illiyinə həsr olunmuş yubiley buraxılışının üzərində də məhz jurnalın ilk sayını əlində tutan Warren Buffetin rəsmi yer alıb.
Jurnalın içərisində isə dünyanın 100 biznes dahisinin həyat yaradıcılığına həsr olunmuş misli görünməmiş hekayələr kolleksiyası toplanıb. Həmin şəxlərdən bir çoxu gecənin qonağı olub.
Buffet qonaqlara ona, bu zəifləməmiş nikbinliyini qorumağa icazə verən sadə riyazı hesabalama açıqlayıb.
O, qeyd edib ki, Forbes jurnalı 1917-ci ilin senytabrında ilk dəfə işıq üzü görəndə Dow Jones Industrial Average indeksi təxminən 81 punkt idi, son 100 il ərzində indeks 275-dəfə böyüyüb ( ortalama illik 5,8%).
"Amerikada qısa gedişlərə oyun etmək uğursuz oyun oynamaq anlamına gələrdi.” – Buffet deyib.
“Mən proqnoz edirəm ki, bundan sonra da belə olacaq” – o əlavə edib ki, 100 ildən sonra Dow indeksi 1 000 000 punkt səviyyəsinə yüksələcək.
“Omahalı kahin”in sözlərinə diqqət etsək görərik ki, onun dedikləri fond bazarına qarşı cürətli bir iddiadir, digər tərəfdən isə çox məharətlə təqdim edilmiş rəqəm oyunudur. Axı 100 il ərzində Dow indeksinin 1000 000 punkta çatması üçün ilik 4%-dən belə az böyüməsi kifayət edir. Əgər artım illik 4,6% olaraq, indeks deyiləndən iki dəfə daha çox artacaq, 6,4%-lik templə isə 100 il ərzində 10 milyon punkta yüksəlmiş olacaq.
Bəlkə Berkshire səhmlərini almağa dəyər?
Bufetin Dow ilə bağlı hesablamalarını nəzərə almaqla gəlin növbəti ehtimalı irəli sürək: Əgər Berkshire illik cəmi 10% böyüsə də, növbəti 100 il ərzində şirkətin bir səhminə sahib olan insan milyarderə çevriləcək. «А» sinfindən olan qiymətli kağızın dəyəri hazırda 275 630 dollardırsa, 100 il ərzində qiymət $3,9 milyard dollara yüksələcək. Illik 20% gəlir isə səhmdarları “trilyonerlərə” çevirə bilər.