Dünya ərazisinin 38 milyon kv. km-i tutan meşələr bizim yaşama səbəbimizdir desək, yanılmarıq. Çünki bir ağac 1 saatda təxminən 2.3 kq CO2 udur və 1.7 kq oksigen buraxır. 1 hektar meşə sahəsi 30-40 ton toz udur. Bu qədər faydalarına baxmayaraq, ilbəil meşə yanğınları səbəbindən meşə sahələri azalır. Təkcə 2019-cu il I yarısında 25 619 meşə yanğını olub. Yanan ağacların yerinə yeni ağaclar əkilsə də, onun böyüyüb təbiətə fayda verməsi uzun zaman alır.
Dünyada ən çox meşə sahəsi olan ölkə Rusiyadır ki, meşə sahəsi 8 milyon kv. km olmaqla ölkə ərazisinin demək olar yarısını tutur. Amazon meşələri ölkənin yarıdan çoxunu tutan Braziliyada meşə sahəsi 5 milyon kv. km-dir.
Ən çox meşə ərazisi olan ölkələr |
|||
№ | Ölkələr | kv. km | Ölkə ərazisinə nisbətən |
1 |
Rusiya |
8 090 605 | 49% |
2 | Braziliya | 5 173 689 | 62% |
3 |
Kanada |
3 100 886 | 34% |
4 | ABŞ | 3 046 148 | 33% |
5 |
Çin |
2 079 789 | 22% |
6 | Konqo | 1 539 326 | 68% |
7 |
Avtraliya |
1 244 533 | 16% |
8 | İndoneziya | 936 581 | 52% |
9 |
Hindistan |
686 808 | 23% |
10 | Peru | 678 398 | 53% |
11 |
Meksika |
647 334 | 33% |
12 | Anqola | 579 716 | 47% |
13 |
Boliviya |
568 733 | 53% |
14 | Kolumbiya | 565 053 | 54% |
15 |
Zambiya |
492 873 | 66% |
Meşələr atmosferi nə qədər təmizləsə də, ağacların istehsal sahəsində əhəmiyyətli rolu vardır. Bu əhəmiyyəti nəzərə alaraq ən çox odun ixracı olan ölkələr də məhz ən çox meşə sahəsi olan ölkələrdir. Kanada 3 milyon kv. km meşə sahəsinə görə 3-cü yerdə olsa da, ixraca görə 1-ci yerdədir. O, ixracının 20%-ni odun ixrac etməklə 8.2 milyard dollar qazanır. Rusiya isə 4.5 milyard dollar ixracının 11%-ni odun satmaqla əldə edir.
Ən çox odun ixrac edən ölkələr | |||
№ |
Ölkələr |
milyon dollar | Ümumi ixracda payı |
1 | Kanada | 8200 | 20% |
2 |
Rusiya |
4500 | 11% |
3 | ABŞ | 3700 | 9% |
4 |
İsveç |
3300 | 8% |
5 | Almaniya | 2500 | 6% |
6 |
Finlandiya |
2200 | 5% |
7 | Avstriya | 1700 | 4% |
8 |
Tayland |
1200 | 3% |
9 | Çili | 945,2 | 2% |
10 |
Malasiya |
905,7 | 2% |
11 | Latviya | 819,2 | 2% |
12 |
Braziliya |
771,6 | 2% |
13 | Yeni Zelandiya | 654,3 | 2% |
14 |
Belçika |
645,1 | 2% |
15 | Ukrayna | 586,5 | 1% |
Maraqlısı odur ki, odun ixrac edən ölkələr ilə idxal edən ölkələr sırasında ilk beşlikdən dördü eyni ölkədir. Eyni zamanda bu ölkələr meşə sahəsinə görə də dünyada ilk ölkələrdəndir. Məsələn, ABŞ ümumi idxalının 3%-ni, yəni 38.4 milyard dollar odun idxal edir. Lakin bu o demək deyil ki, onun meşəliyi yoxdur. ABŞ meşə sahəsinə görə 3 milyon kv. km-lə dünyada 4-cü yerdədir.
Ən çox odun idxal edən ölkələr |
|||
№ | Ölkələr | milyard dollar | Ümumi idxalda payı |
1 |
ABŞ |
38,4 | 3% |
2 | Çin | 35,9 | 2% |
3 |
Almaniya |
34,3 | 3% |
4 | Kanada | 29,5 | 7% |
5 |
İsveç |
16,5 | 11% |
6 | Finland | 15,2 | 21% |
7 |
Braziliya |
13,3 | 6% |
8 | Rusiya | 12,7 | 4% |
9 |
Fransa |
11,7 | 2% |
10 | Polşa | 11,3 | 5% |
11 |
Avstraliya |
11,1 | 7% |
12 | İtaliya | 10,5 | 2% |
13 |
İndoneziya |
10,4 | 6% |
14 | Birləşmiş Krallıq | 8,3 | 2% |
15 |
Niderland |
8,2 | 2% |
Tərlan Qəhrəmanova, Banco.az