Bu ölkədə marallar və pişiklər turizmin inkişafına töhfə verir | Banco.az

Bu ölkədə marallar və pişiklər turizmin inkişafına töhfə verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın Tohoku regionunda marallar və pişiklər turizmin inkişafına töhfə verir.

Banco.az xəbər verir ki, 2011-ci ildə baş verən güclü zəlzələ və sunami Yaponiyanın Tohoku regionunu viran qoysa da, pişiklər və marallarla dolu milli park bölgənin bərpasında böyük rol oynayır.

Taşiroya çatanda dərhal başa düşürsən ki, niyə onu “Pişik adası” adlandırırlar. Əvvəlcə siçovullarla mübarizə aparmaq üçün buraya gətirilən pişiklərin sayı bu gün adadakı insanların sayını dörd dəfə keçib.

Belə ki, Taşiro Yaponiyanın Sanriku Fukko Milli Parkında yerləşir. Ölkənin heyrətamiz şimal-şərq sahilləri boyunca 220 km uzanan park 2011-ci ildə baş vermiş dağıdıcı zəlzələ və sunamidən sonra bölgənin bərpasına kömək etmək üçün yaradılmışdır.

Pişiklər də ölkənin bu ucqar bölgəsinə qonaqları cəlb etmək üçün səfərbər olublar. Yerlilərin fikrincə, turistlər buraya məhz pişiklərin çoxluğu səbəbindən gəlirlər.

Ən sərfəli kredit üçün müraciət et

Taşironun tüklü dostları kimi, yaxınlıqdakı Kinkasan adasındakı yüzlərlə maral da bölgəyə ziyarətçilərin diqqətini çəkir. Tanrıların ilahi elçiləri olduğu deyilən marallar 8-ci əsrə aid Şinto məbədinin ətrafında sərbəst gəzirlər.

Abidənin Yaponiyanın ən müqəddəs yerlərindən biri olduğu deyilir. Rəvayətə görə, bura üç il ardıcıl gəlib dua edən şəxslər ömürlərinin sonuna qədər pula görə narahat olmayacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et