Bu ölkədə ingilis dilini robotlar öyrədir | Banco.az

Bu ölkədə ingilis dilini robotlar öyrədir

227 min dollar büdcəli bir pilot layihə hazırlayan Yaponiya Təhsil Nazirliyi müəllim və şagirdlərin İngilis dili bacarıqlarını təkmilləşdirmək üçün siniflərə süni intellekt texnologiyalı robotlar yerləşdirir.

Həmçinin oxu: Dünyada bir ilk – xəbərləri robot-aparıcı təqdim etdi

Banco.az xarici mətbuata istinadla bildirir ki, edilən rəsmi açıqlamaya görə, Təhsil Nazirliyi yazılı və şifahi bacarıqları qənaətbəxş olmayan Yapon şagirdlərə kömək etmək üçün 227 min dollarlıq bir pilot layihə hazırlayır. Bazardakı süni intellekt texnologiyalı robotların müxtəlif xüsusiyyətləri var. Məsələn, hər bir şagirdin İngiliscə tələffüzünə nəzarət edə bilir. Süni intellekt robotlar pilot layihənin təkcə bir hissəsini təşkil edir. Belə ki, ana dili ingilis dili olan şagirdlərə onlayn dərslər təşkil etmək kimi başqa fəaliyyətlər də nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

İngilis dili öyrənməyə başlama yaşı 10 – a endirilicək

Yaponiyada məktəblər İngilis dili dərsləri üçün peşəkar İngilis dili müəllimi tapmaqla bağlı çətinlik çəkir və ya bu iş üçün kifayət qədər büdcə ayıra bilmirlər. Ancaq bəzi ibtidai və orta məktəb siniflərində ingiliscə danışan robotlar yerləşdirərək dil öyrədilməsi üçün texnologiyadan istifadə etməyə çoxdan başlayıblar. İngilis dili dərsləri hazırda 12-15 yaş arası şagirdlər üçün icbari olsa da, ingilis dilinə başlama yaşı 2020 – ci ildən etibarən 10 – a endiriləcək.

Həmçinin oxu: Süni İntellekt texnologiyası üzrə aparıcı ÖLKƏLƏR

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et