Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə ilk dəfə mənzil alanlar 70 ilin ən çətin şərtləri ilə üz-üzədirlər.
Banco.az xəbər verir ki, Londonda yerləşən Tikinti Cəmiyyətləri Assosiasiyasının (BSA) yeni hesabatında bildirilirdi ki, Böyük Britaniyada ilk dəfə ev sahibi olacaq şəxslərin üzləşdiyi ən böyük problem hazırda iqtisadi şəraitdir.
Hesabatda qeyd olunur ki, ev sahibi olmaq istəyənlər ya yüksək gəlirə, ya da ailə dəstəyinə ehtiyat duyurlar.
Bildirilib ki, ailə dəstəyi ala bilməyən, subay və aztəminatlı şəxslərin ev sahibi olması isə çox çətindir.
Hesabata görə, ilk dəfə ev alanların tələb olunan yüksək depozit məbləği və yüksək faiz dərəcələri səbəbiylə son 70 ilin ən çətin şərtləri ilə üzləşirlər.
Pisləşən daşınmaz əmlak bazarında yeni qaydalara ehtiyac olduğu vurğulanan hesabatda deyilir ki, son 20 ildə gənclərin ev sahibi olma nisbəti azalmaqdadır.
Bizi sosial şəbəkələrdən izləyin!!