Bu ölkədə 4 günlük iş rejimi artıq başlayıb | Banco.az

Bu ölkədə 4 günlük iş rejimi artıq başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Belçikada işçilərə həftədə 4 gün işləməyə imkan verən yeni sistemin tətbiqi dünən başlayıb.

Banco.az xəbər verir ki, iyun ayında koalisiya hökumətini təşkil edən partiyaların iş həyatında islahatlarla bağlı razılığa gəlməsindən sonra qəbul edilən sözügedən tənzimləmə dünən rəsmi olaraq qüvvəyə minib.

Bu yeni tənzimləməyə əsasən, işçilər işəgötürəndən 4 gün işləmək imkanı tələb edə biləcəklər. İşçi istəyərsə və işəgötürənlə razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura biləcək.

Bu fürsətdən yararlananlar həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, işəgötürənlərin belə bir tələbdən imtina etmək hüququ olsa da, imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram