Bu il investoruna ən çox qazandıran məhsullar | Banco.az

Bu il investoruna ən çox qazandıran məhsullar

İyun ayında əmtəələrdən 15-i bahalaşıb, 3-ü ucuzlaşıb. 

ABŞ-da faizlərin aşağı salınacağı və dolların dəyər itirəcəyinə dair gözləntilər İyun ayında əmtələrin qiymətinin artmasına təkan verib. 

İyunda investoruna ən çox qazandıran əmtəə 16,1 faiz ilə palladium olub. Palladiumun ardınca 8 faizlə qızıl, 7,4 faizlə qurğuşun, 6 faizlə nikel, 5,2 faizlə platin və soya lobyası, 4,9 faizlə qəhvə və gümüş, 4,6 faizlə buğda, 4 faizlə şəkər, 3,5 faizlə Brent nefti, 3,1 faizlə mis, 1,5 faizlə kakao, 1,2 faizlə qarğıdalı, 0,8 faizlə alüminium gəlib. 

İyun ayında əmtəə bazarında ən çox təbii qazın qiyməti azalıb - 5,7%. Həmçinin sink 3,8 faiz, pambıq 3 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Əmtəə bazarında ilin ilk yarısında isə ən çox qazandıran 21,6 faiz ilə palladium olub. İlk 6 ayda Brent nefti 19,5 faiz, nikel 18,3 faiz, qarğıdalı 15,20 faiz, qızıl 10 faiz, qəhvə 7,8 faiz, platin 5 faiz, şəkər 4,7 faiz, buğda 4,5 faiz, soya lobyası 3,2 faiz, sink 1,8 faiz, kakao 0,8 faiz bahalaşıb.

Həmin dövrdə investorunu ən çox zərərə salan 18,8 faiz ilə təbii qaz olub. İlin ilk yarısında pambıq 8,5%, qurğuşun 5,5%, alüminium 5,2%, gümüş 1,1%, mis 0,7% ucuzlaşıb.

Marja