Bu il dünyada satılan hər 5 avtomobildən birinin elektriklə işləyəcəyi proqnozlaşdırılır | Banco.az

Bu il dünyada satılan hər 5 avtomobildən birinin elektriklə işləyəcəyi proqnozlaşdırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

BEA: “Elektrik avtomobili satışları güclü şəkildə artacaq.”

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) hər il dərc etdiyi Qlobal Elektrik Vasitələrinə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektromobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb.

Hesabatdan görünür ki, təkcə bu dövrdə satılan elektromobillərin sayı bütövlükdə 2020-ci ildə satılan elektromobillərin sayına bərabər olub.

Bu ilin sonuna qədər dünyada elektrik avtomobillərinin satışının 17 milyona çatacağı gözlənilir. Belə ki, bu il dünyada satılan hər 5 avtomobildən birinin elektriklə işləyəcəyi güman edilir. Bu satışın 10 milyonunun Çində olacağı və bu il ABŞ-da satılan hər 9 avtomobildən birinin, Avropada isə hər 4 avtomobildən birinin elektrikli olacağı düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Elektrikli nəqliyyat vasitələrinin satışındakı sürətli artımın qlobal avtomobil sənayesini yenidən formalaşdıracağı və nəqliyyatda istifadə olunan neftə tələbatı əhəmiyyətli dərəcədə azaldacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram